XƏBƏRLƏR
MƏLUMAT
"Konstitusiya və Suverenlik İli" adlı sərgi təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
18/12/2025 15:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında "Konstitusiya və Suverenlik İli" adlı sərgi təşkil edilib.

Sərgidə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik prinsiplərinə dair kitablar, Azərbaycan Respublikasının Konstitusiyasına dair nəşrlər, dövlət idarəçiliyi, hüquq, iqtisadiyyat və müstəqillik dövründə həyata keçirilən islahatlara dair müxtəlif kitablar təqdim olunub.

Sərginin əsas məqsədi Konstitusiyamızın mahiyyətini və əhəmiyyətini vurğulamaq, hüquqi biliklərin artırılmasına töhfə vermək, dövlətçilik ənənələrini və suverenlik dəyərlərini təbliğ etməkdir.

Baxış sayı: 28