XƏBƏRLƏR
MƏLUMAT
“Konstitusiya və Suverenlik dövlətçiliyimizin əsas amilidir” mövzusunda seminar keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/11/2025 15:37

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik dövlətçiliyimizin əsas amilidir” mövzusunda seminar keçirilib.

Öncə qonaqlar Mərkəzin ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra bildirilib ki, 30 il öncə Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış müstəqil dövlətin ilk Konstitusiyasının qəbul edilməsi ölkəmizin müasir tarixində müstəqillik, hüquq və demokratiya prinsiplərinə əsaslanan dövlət quruculuğunun başlanğıcı kimi mühüm əhəmiyyət daşıyır.

Tədbirdə “Konstitusiya və Suverenlik İli: dövlətimizin hərtərəfli inkişafının mühüm mərhələsidir” mövzusunda mühazirə dinlənilib, “Azərbaycan Respublikasının Konstitusiya Gününün əhəmiyyəti” mövzusunda  təqdimat vasitəsilə iştirakçılara geniş məlumat verilib və fikir mübadiləsi aparılıb.

Sonda 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş videoçarx təqdim olunub.

Baxış sayı: 20