XƏBƏRLƏR
MƏLUMAT
“Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/03/2026 10:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq şairi Süleyman Rüstəmin 120 illik yubileyi münasibətilə "Könlümü şeirə vermişəm" adlı tədbir keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, elm adamları, jurnalistlər və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin Süleyman Rüstəm poeziyasını yüksək qiymətləndirdiyi haqqında videoçarx nümayiş olunub.

Çıxış edənlər ədibin çoxcəhətli və zəngin yaradıcılıq yolundan söz açıblar, şeirlərindən nümunələr səsləndiriblər.

Tədbirin sonunda kitab sərgisinə baxış keçirilib və xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, tədbirin məqsədi görkəmli şair Süleyman Rüstəm şəxsiyyətinin və yaradıcılığının geniş oxucu kütləsi arasında təbliğ etməkdir.

Baxış sayı: 19