XƏBƏRLƏR
MƏLUMAT
“Köhnə Bakının rənglənmiş inciləri” adlı sərgi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
09/05/2025 20:59

Mayın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında fotoqraf, qrafik-rəssam Rasif Babayevin “Köhnə Bakının rənglənmiş inciləri” adlı əl işlərindən ibarət sərgi nümayiş olunub.

Sərgidə rəssamın köhnə Bakını tərənnüm edən bir birindən maraqlı 16 əl işi təqdim edilib.

Tədbirdə Rasif Babayevin həyat və yaradıcılıgı haqqında məlumat verilib. Daha sonra rəssamı sərgi münasibəti ilə təbrik ediblər və belə sərgilərin xarici ölkələrdə də keçirilməsini arzulayıblar.

Rasif Babayev çıxış edərək, tədbirin keçirilməsində əməyi keçən hər bir kəsə öz minnətdarlıgını bildirib və qeyd edib ki, belə sərgilər onun daha məhsuldar işləməsinə öž müsbət təsirini göstərir.

Tədbirdə musiqi nömrələri ifa olunub, “Lalələr” rəqs kollektivi rəqslər təqdim edib.

Həmçinin tədbirdə müxtəlif sənət nümunələridə sərgilənib.

 

Baxış sayı: 156