XƏBƏRLƏR
MƏLUMAT
“Kod adı V.X.A” tamaşası yenidən teatrsevərlərə təqdim olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
14/01/2025 10:15

Yanvarın 18-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi yenidən “Kod adı V.X.A” tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tarixi-sənədli faktlara istinadla qurulan səhnə əsərində teatrın 70 nəfərlik böyük heyəti rol alır.

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edir.

“Kod adı V.X.A” Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunub. İkihissəli tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı isə Vadim Kuskovdur.

Baxış sayı: 47