XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanda tanınmış uşaq yazıçısı, şair Gülzar İbrahimova ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/03/2025 17:16

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında tanınmış uşaq yazıçısı, şair, AYB-nin və AJB-nin üzvü Gülzar İbrahimova ilə görüş keçirilib.

Tədbirdə 109 nömrəli orta məktəbin şagird və müəllim kollektivi, fəal oxucular və digər qonaqlar iştirak ediblər.

Görüşdə Gülzar İbrahimova şagirdlərlə maraqlı söhbət aparıb, yeni yazılan nağıl və şeirlərini səsləndirib.

Sonra şagirdlər yazıçının şeirlərini söyləyiblər və sevilən yazarlarına suallar veriblər.

Tədbirin sonunda yazıçı Gülzar İbrahimova fərqlənən şagirdlərə müxtəlif hədiyyələr təqdim edib.

Baxış sayı: 237