XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi uğurla davam edir
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2024 10:16

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi uğurla davam edir.

Layihə çərçivəsində Metodika və biblioqrafiya şöbəsi tərəfindən “Şəhidlərimizi unutmuruq” adlı videoçarx hazırlanıb. Videoçarxda may ayında anadan olan şəhidlərimiz – Faiq Cəfərov, Namiq Abdullayev, Fikrət Hacıyev, Kazım Məmmədsalahov, Bəhram İbrahimov, Xəyal Əhmədov, Elmaz Hacıyev, Zamanət İbrahimov, Hüseyn Qasımov, Tərlan Fətullayev, Babək Namazov, Cəlil Xeyrullayev, İman Alməmmədov, Vahid Baxşıyev, Səfa İsazadə, Allahverdi Novruzov, Vüsal Muradov, Elvin Teymurov, Ceyhun Şalıyev, İmran Qurbanovun  fotoşəkilləri nümayiş olunub.

Videoçarxda Vəsilə Əfqanqızının “Yolun düşsə bu dünyaya birdə gəl” şeiri səsləndirilib. 

Aşağıdakı keçidə daxil olaraq videoçarxı izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=XHaTdtDzOeE&t=27s

 

Baxış sayı: 151