XƏBƏRLƏR
MƏLUMAT
“Kitabxanaya kitab hədiyyə edirik” və “Yaradıcı oxucularımız” layihələri uğurla davam edir
ÜMÜMİ XƏBƏRLƏR
11/06/2024 15:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” və “Yaradıcı oxucularımız” layihələri davam edir. Layihə çərçivəsində Mərkəzi Kitabxananın Fəxri oxucuları, şair-publisist Şahnaz Şahin və yazıçı, şair-publisist Günel Rəcəb kitablarını oxuculara təqdim edib.

Yazıçı Şahnaz Şahinin“O sözəcən...”, “Sabirabad şəhidləri”, “Şuşa haqqı” kitabları, “Zəfər nəğmələri” poeması və “Xocalının Sərvəri” povesti qəhrəman şəhidlərə həsr olunub. Əsərlərdə şəhidlərin keçdiyi döyüş yolu haqqında məlumat verilib.

Şair Günel Rəcəb “Orfolənd”, “Ovsun”, “Uşaq öləcəm”, “Analar görmüşəm saçını yolan” və “Bütün payız rənglərinə”, “Əlini yağışa uzatma!”, “Qış yuxusu” adlı əsərlərini oxuculara təqdim edib. Müəllifinəsərlərində təbiət, vətənpərvərlik və başqa mövzular əks olunub.

Oxucular kitablarla Yasamal rayon MKS-nin kitabxanalarında tanış ola bilərlər.

Baxış sayı: 120