XƏBƏRLƏR
MƏLUMAT
“Kitabxanaya kitab hədiyyə edirik” və “Yaradıcı oxucularımız” layihələri davam edir
ÜMÜMİ XƏBƏRLƏR
06/02/2024 11:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Fəxri oxucusu, AYB və AJB-nin üzvü, yazıçı-publisist, şair Gülarə Munis kitabxanada həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” və “Yaradıcı oxucularımız” layihələrinə “Baldan şirin balalar” və “Nənə, nağıl de mənə” adlı yeni kitablarını hədiyyə edib.

“Nənə, nağıl de mənə” kitabı müəllifin sayca iyirmi doqquzuncu kitabıdır. Kitaba müxtəlif mövzularda olan 7 nağıl daxil edilib.

Kitabın şəhidlər uşaq ədəbiyyatı bölməsində şəhidlərimizə həsr olunmuş iki sənədli nağıl “Atanın nəfəsi” və “Atanın çəkmələri” verilib.

Kitabları Yasamal rayon MKS-nin kitabxanalarında oxumaq olar.

Baxış sayı: 165