XƏBƏRLƏR
MƏLUMAT
“Kitabxanaya kitab hədiyyə edirik” layihəsinə yeni kitablar hədiyyə edilib
ÜMÜMİ XƏBƏRLƏR
06/10/2023 03:02

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsinə yeni kitablar hədiyyə edilib.

Şair, tərcüməçi, ədəbiyyatşünas, publisist, AYB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru Firuzə Məmmədli kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə “Söz sizindir”, “Nə yaman ağladı söz ürəyimdə” və “Nə yaxşı yaxamda söz medalım var” kitablarını hədiyyə edib.

Şairin kitabları ilə  oxucular Yasamal rayonunun kitabxanalarında tanış ola bilərlər.

Baxış sayı: 275