XƏBƏRLƏR
MƏLUMAT
Kitabxananın layihələri əsasında hazırlanan kitab nəşr olunub
ÜMÜMİ XƏBƏRLƏR
17/09/2024 12:09

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının “Ön cəbhə əfsanələri...” kitabı işıq üzü görüb. Kitab Mərkəzi Kitabxananın “Şəhidlər ölməz, Vətən bölünməz”, “Şəhidlər unudulmur” və “Yaradıcı oxucularımız” layihələri çərçivəsində çap olunub.

Müəllif kitabda 44 günlük Vətən müharibəsini, xalqımızı tarixin bu sınağından zəfərlə çıxmasını dünyaya nümayiş etməyini və xalqımızın vətənə sonsuz sevgisini təcəssüm etdirib.

Yazıçı romanın baş qəhrəmanı Əmrulla Əliyevin həyat və döyüş yolunu izləyir. Kitaba şəhid Əmrulla Əliyevin yazdığı şeirlər də daxil edilib.

Kitab bir neçə kitabxanaya, şəhid ailələrinə, qazi və veteranlara hədiyyə edilib.

Baxış sayı: 78