XƏBƏRLƏR
MƏLUMAT
Kitabxananın 85 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/04/2025 16:59

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 №-li kitabxana filialının 85 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə rəsmilər, mədəniyyət və təhsil işçiləri, şair və yazıçılar, bələdiyyə nümayəndələri  iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə kitabxananın 85 illik yubileyi münasibətilə əməkdaşları təbrik edilib, ölkəmizdə kitaba, kitabxanaya verilən xüsusi dəyərdən danışılıb. 

Bədii hissədə şeirlər, musiqilər, rəqs nömrələri təqdim edilib.

Sonda Mərkəzi Kitabxana tərəfindən fəal iştirakçılara Fəxri Fərmanlar təqdim olunub.

Baxış sayı: 75