XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada “Yubileylər silsiləsi” layihəsi davam etdirilir
ÜMÜMİ XƏBƏRLƏR
02/07/2024 14:17

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə “Yubileylər silsiləsi” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi, yazıçısı və tərcüməçisi Abbasqulu ağa Bakıxanovun 230 illik yubileyinə həsr olunmuş videoçarx hazırlayıb.

Videoçarxda Abbasqulu ağa Bakıxanovun yaradıcılığı və elmi fəaliyyəti haqqında məlumat verilib.

Videoçarxı aşağıdakı keçidə daxil olaraq izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=44tX1IzlueA

Baxış sayı: 89