XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada “Yubileylər silsiləsi” layihəsi davam edir
ÜMÜMİ XƏBƏRLƏR
10/10/2024 11:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində ilk azərbaycanlı qadın ərəbşünas-alim, professor Aida İmanquliyevanın 85 illik yubileyinə həsr olunmuş videoçarx hazırlanıb.

Videoçarxda Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, professor, qadın-şərqşünas, tanınmış pedaqoq, AYB-nin üzvü Aida İmanquliyevanın həyatı və elmi fəaliyyəti haqqında məlumat verilib.  Bildirilib ki, Aida İmanquliyeva görkəmli şərqşünas olmaqla yanaşı, gözəl ədəbiyyatşünas və tərcüməçi olub.

Videoçarxı aşağıdakı keçidə daxil olaraq izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=A7C_j9Yde3I

Baxış sayı: 5045