XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada yazıçı-publisist Hacı Qəni Camalzadə ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/08/2024 12:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, I Qarabağ müharibəsi iştirakçısı Hacı Qəni Camalzadə ilə görüş keçirilib.

Görüşdə çıxış edənlər müəllifin həyat yolundan, I Qarabağ müharibəsində iştirakından, yaradıcılığından danışaraq, maraqlı müzakirələr aparıblar.

Həçinin tədbirdə kitabxananın əməkdaşı müasir dövrdə kitabxana və oxucu problemlərindən söhbət açıb.

Sonda Qəni Camalzadə kitabxanaya kitablarını hədiyyə edib.

Baxış sayı: 197