XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar layihə davam edir
ÜMÜMİ XƏBƏRLƏR
06/04/2024 14:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasına yazıçı və şairlər “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar yeni əsərlərini təqdim etməkdə davam edirlər.

Mərkəzi Kitabxananın fəxri oxucuları, şair, yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova İlisu dağlarına həsr olunmuş “İlisu dağlarında”, şair Qadir  Hüseynov yurdumuzun təbiətini, əsrarəngiz gözəlliyini vəsf edən, bu gözəlliyi təbliğ etməyə çağıran “Bu gözəl yurdumun şanı gözəldi” şeirilərini təqdim ediblər. Şair-qəzəlxan Əli Ələmi ekoloji tarazlığın pozulmasını, kimyəvi tullantıların havanı zəhərləməsini alleqorik formada “Dünyanı toz basıb” qəzəlində təsvir edib. O, insanların təmiz havaya, təmiz həyata ehtiyaclarının olduğunu həyacanla qeyd edən, Tanrıdan kömək diləyərək insanları təbiəti, ətraf mühiti qorumağa çağırır.

Şeirlər və qəzəl kitabxananın sosial şəbəkə səhifələrində izləyicilərə təqdim olunur.

Baxış sayı: 206