XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada “Yaradıcı oxucular” layihəsi uğurla davam edir
ÜMÜMİ XƏBƏRLƏR
27/08/2024 14:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yaradıcı oxucular” layihəsi uğurla davam edir.

Layihə çərçivəsində Mərkəzi Kitabxananın Fəxri oxucusu, M.V.Lomonosov adına Şimali Arktika Federal Universitetinin professoru, fəlsəfə elmləri doktoru Mixail Opyonkov və Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, AJB-nin üzvü Lətifə Məmmədova ilə birgə yazdıqları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın yubileyinə həsr olunmuş məqaləni təqdim ediblər.

Məqalədə Mehriban xanım Əliyevanın siyasi, xeyriyyəçilik, təhsil və mədəni fəaliyyətinin genişliyi və çoxşaxəliliyi aydın şəkildə vurğulanır. Müəlliflər qeyd edirlər ki, milli mədəniyyətin inkişafına dərin qayğı göstərən Mehriban xanım Azərbaycan mədəniyyətinin təcəssümü və simvoludur. M.Əliyevanın Qərbin rəqəmsal təfəkkürü ilə milli ənənənin gücü arasında “qızıl orta” tapdığı da deyilir.

Məqalə aşağıdakı keçidlərdə  yerləşdirilib:

https://drive.google.com/file/d/12bAahDG_AzKkOOBj3_9NvHeHHDRNTi-X/view

https://www.youtube.com/watch?v=bv5KBGUbFDY

Baxış sayı: 136