XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada tədbir təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
23/08/2024 11:23

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialında məktəblilərin yay tətilini səmərəli keçirmələri üçün tədbir təşkil edilib.

Tədbir zamanı məktəblilər şahmat, domino, dama və digər stolüstü oyunlar oynayıb, müxtəlif mövzularda kitablarla tanış olublar.

Qeyd edilib ki, bu cür oyunlar uşaqlarda iradə möhkəmliyi, əzmlilik və qələbəyə cəhd etmə kimi cəhətləri formalaşdırır. Belə tədbirlər sayəsində məktəblilər kitabxana və yeni kitablarla tanış olur, mütaliəyə maraq göstərirlər.

Baxış sayı: 142