XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada “Şanlı Zəfər Tariximiz” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/11/2023 17:01

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Zəfər Günü ilə əlaqədar “Şanlı Zəfər Tariximiz” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbir zamanı 44 günlük Vətən müharibəsi, Zəfərə gedən tikanlı yollar, Ali Baş Komandanın qələbə müjdələri, dəmir yumruq kimi birləşən xalqımızın mərdliyi haqqında ətraflı çıxışlar edilib.

Bədii hissədə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri Zəfər Gününə, şəhidlərə həsr olunmuş şeirlərlə, musiqi nömrələri və kompozisiyalarla çıxış ediblər.

Baxış sayı: 400