XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada “Şahmat saatı” keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/07/2024 15:27

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında oxucuların asudə vaxtının səmərəli təşkili məqsədilə “Şahmat saatı” keçirilib

İlk olaraq şahmat haqqında məlumat verilib.Bildirilib ki, əyləncəli və zehni inkişaf etdirən idman növü olan şahmat sayəsində insanın ətrafını tanıması və onlarla ünsiyyət qurması daha da asanlaşır.  İdmanın bu növü insanda idarəetmə bacarığını üzə çıxarır və oyunda olduğu kimi, həyatda da bir addım öndə olmaq üçün hədəflərin olmasını və məqsədə çatmaq üçün mövcud olanlardan səmərəli istifadə edilməsini öyrədir.

Baxış sayı: 265