XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada “Rəsm saatı” təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
07/08/2024 14:27

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialında məktəblilər üçün “Rəsm saatı” təşkil edilib. 

Uşaqlar rəsmlərində oxuduqları kitablar , baxdıqları cizgi filmlərindəki nağıl qəhrəmanlarını təsvir ediblər.

Rəsm saatını keçirməkdə məqsəd məktəblilərin asudə vaxtlarının səmərəli təşkilidir.

Baxış sayı: 203