XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/03/2025 11:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası tərəfindən Novruz bayramı ilə əlaqədar tədbir keçirilib. 

Tədbirdə Novruz bayramı, onun tarixi, ənənələri və mahiyyəti haqqında danışılıb. Novruz bayramının ölkəmizdə çox geniş və təntənəli şəkildə qeyd edildiyi bildirilib.

Daha sonra Novruz adət-ənənələrindən bəhs edən videoçarx nümayiş etdirilib və uşaqlara bayramın ən maraqlı atributlarından biri olan yumurta boyama ilə əlaqədar master-klass keçirilib. 

Həmçinin kitabxanada “Xalqımızın Novruzu” adlı bayram şənliyi keçirilib. Bayram şənliyində 158, 39 nömrəli tam orta məktəblərin şagirdləri və kitabxananın fəal oxucuları iştirak ediblər. 

Tədbir zamanı Novruz bayramına həsr olunmuş şeirlər səsləndirilib.

   

Baxış sayı: 239