XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada növbəti dəfə “Rəsm saatı” keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/08/2024 11:09

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialında növbəti dəfə “Rəsm saatı” keçirilib.

“Rəsm saatı” uşaqların yay tətilində asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil edilib.

Kitabxananın əməkdaşı uşaqlara rəsm çəkməyin zehnin və düşüncənin inkişaf etdirilməsində böyük rol oynaması haqqında məlumat verib.

Baxış sayı: 270