XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada "Müstəqilliyimiz tarixi sərvətimizdir" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/10/2023 17:08

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş "Müstəqilliyimiz tarixi sərvətimizdir" adlı tədbir keçirilib. 

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edənlər dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən bəhs ediblər.

Sonda mövzu ilə əlaqədar hazırlanmış sərgiyə baxış keçirilib.

Baxış sayı: 273