XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada “Milli Musiqi Günü” ilə əlaqədar tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/09/2023 07:45

Sentyabrın  15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Mərkəzi Kitabxanasında 18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi  ilə başlayıb.

Sonra  qeyd olunub ki, 18 sentyabr dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür. 1995-ci ildən Ü.Hacıbəylinin doğum günü respublikamızda Milli Musiqi günü kimi qeyd edilir.

Vurğulanıb ki, Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olub.

Tədbirdə həmçinin, Milli Musiqi Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Baxış sayı: 426