XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada “Məhəmməd Füzuli 530” adlı videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2024 09:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində “Məhəmməd Füzuli 530” adlı videoçarx hazırlanıb.

Videoçarx Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Füzuli haqqında söylədiyi sitatlarla başlayıb.

Videoçarxda Azərbaycan şairi, mütəfəkkir, filosof, Azərbaycan ədəbiyyatında divan janrının ən məhşur simasi M.Füzulinin həyat və yaradıcılığı haqqında məlumat verilib. Dahi mütəffəkirin əsərlərinin siyahısı, onun xatirəsinin əbədiləşdirməsi haqqında məlumatlar izləyicilərə təqdim olunub.

Videoçarx Xalq artisti Şövkət Ələkbərovanın ifasında bəstəkar Cahangir Cahangirovun “Füzuli kantatası” ilə müşayiət olunur.

Videoçarxı aşağıdakı keçidə daxil olaraq izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=3a9VqEn01PA

Baxış sayı: 138