XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada inklüziv mühitin yaradılması işi davam edir
ÜMÜMİ XƏBƏRLƏR
17/07/2024 11:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında növbəti əl işləri sərgisinin açılışı olub.

Sərgidə gənc rəssam Ülkər Baxışovanın əl işləri nümayiş olunub.

Ülkər Baxışova 1987-ci ildə Ağdaş rayonunun Dəhnəxəlil kəndində anadan olub. Orta təhsilini həmin kənddə alıb.  2015-ci ildə əlillər üçün  peşə məktəbini kompüter dizaynı ixtisası üzrə və rəsm kursunu bitirib. Müxtəlif mövzularda100-dən artıq rəsm əsərləri çəkib, çoxsaylı sərgilərdə iştirak edib.

Sərgidə gənc rəssamın  “Naməlum qadın”,  “İstanbul. Ayasofya məbədi”, “Bakımız”,“Qədim Qobustan.Yallı”, “Quşların eşqi”, “Sülh”, “Üzüm səbəti”, “Rəqqasə” və “Qoşa  minarəli məscid (Əmircan)” adlı işləri nümayiş olunub.

Sərgi bir ay davam edəcək.

Baxış sayı: 377