XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada “Hüquqlarımızı bilək” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2024 16:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və 4 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “Hüquqlarımızı bilək” adlı tədbir keçirilib.

İlk öncə vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.

Daha sonra çıxış edənlər bildiriblər ki, “İnsan hüquqları aylığı” çərçivəsində təşkil olunan tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayır. 

Baxış sayı: 339