XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/10/2025 16:04

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında yazıçı- publisist Hacı Qəni Camalzadə və şair Şahin Həmidli ilə görüş keçirilib.

Görüşdə şairlər, Abşeron Binə Peşə Liseyinin tələbələri ,117, 149 nömrəli tam orta məktəblərin şagird və müəllim kollektivi iştirak ediblər.

Tədbirdə yazarların həyat və yaradıcılığı, əsərləri barədə məlumat verilib.

Hacı Qəni Camalzadə çıxışında yaradıcılıq yolundan, qələmə aldığı əsərlərin mövzu dairəsindən danışıb, gənclərə daim oxumağı, mütaliə vərdişlərini inkişaf etdirməyi tövsiyə edib.

Şahin Həmidli şagirdlərə müəllifi olduğu şeirlərini səsləndirib.

Digər çıxış edənlər ədəbiyyatın gənc nəsil üçün əhəmiyyətini vurğulayıblar. Bildiriblər ki, bu cür görüşlər tələbələrdə və şagirdlərdə ədəbiyyata marağ artırır, yeni baxış bucaqları yaradır.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Baxış sayı: 31