XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada gənc rəssam Almaz İdrisovanın fərdi rəsm sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
01/05/2024 15:12

Mayın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında kitabxananın oxucusu,  gənc rəssam Almaz İdrisovanın fərdi rəsm sərgisi açılıb.

Sərgidə rəssamın “Kölgədə qalan xəyallar” pannosu, “Şəhid Samir Kaçayevin xatirəsinə”, “Melodiya”, “İpək yolu”, “Payız qızı”, “Yuxu“, “Atəş və su”, “Frida Kalo və mən”  (Frida Kalo meksikalı rəssamdır) adlı rəsmləri nümayiş olunur.

Rəssam Almaz İdrisova 246 saylı tam orta məktəb-liseyi bitirib. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri sənət fakültəsinin Qrafika ixtisasına qəbul olunub. Hal-hazırda Təsviri sənət və Sənətşunaslıq fakültəsinin Sənətşunaslıq ixtisasının magistratura pilləsində təhsil alır. Rəssam 100-ə yaxın sərgi və müsabiqələrdə iştirak edib. O, şəxsi emalatxanasında tələbələrə rəssamlıq  sənətinin sirrlərini öyrədir.

Qeyd edək ki, sərgi 28 May - Müstəqilliyin Bərpası Gününə həsr olunub və bir ay davam edəcək.

Baxış sayı: 469