XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada “Əbədiyaşar Lider - Heydər Əliyev” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2024 16:24

Mayın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası, 4 nömrəli kitabxana filialı, 1 nömrəli idman liseyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Əbədiyaşar Lider - Heydər Əliyev” adlı dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Daha sonra çıxış edənlər Ulu Öndərin siyasi və ictimai fəaliyyətindən bəhs ediblər və Heydər Əliyevin şərəfli ömür yolu, müasir Azərbaycanın qurucusu və memarı kimi müstəsna xidmətləri haqqında məruzə dinlənilib.

Bədii hissədə 1 nömrəli idman liseyin şagirdləri Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poemasından şeirlər səsləndirib, mahnılar  ifa ediblər. Həmçinin, Məmməd Namazın “Hamının günəşi” adlı hekayəsinin motivləri əsasında kiçik səhnəcik nümayiş etdiriblər.

Sonda tədbir iştirakçıları kitabxanada təşkil edilmiş Heydər Əliyevin əziz xatirəsini əks etdirən fotoşəkillər və kitablardan ibarət stendlərlə tanış olublar.

Baxış sayı: 183