XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada “COP29 nədir?” adlı məlumat saatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/08/2024 11:38

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “COP29 nədir?” adlı məlumat saatı keçirilib.

Kitabxananın əməkdaşları oxuculara “COP29 nədir?” mövzusunda məlumat verərək, onlara məlumat vərəqələri təqdim ediblər. Bildirilib ki, Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Qeyd olunub ki, COP haqqında daha ətraflı məlumat BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında öz əksini tapıb. Konvensiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.

Baxış sayı: 162