XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada 15 aprel - Beynəlxalq Mədəniyyət Gününə həsr olunmuş dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/04/2024 09:54

Aprelin 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və 4 nömrəli kitabxana filialı Beynəlxalq Mədəniyyət Gününə həsr olunmuş dəyirmi masa keçirib.

Çıxışçılar bildiriblər ki, 15 aprel mədəniyyət təqviminin əlamətdar günlərindən biridir. Qeyd olunub ki, Azərbaycan qədim zamanlardan dünya mədəniyyətinin zəngin bir parçası kimi tanınıb və bəşəriyyətin mədəni inkişafına öz töhfələrini verib. Azərbaycan xalqı tarixən öz mədəni özünəməxsusluğunu qoruyaraq gələcək nəsillərə ərməğan edib. Ölkəmizdəki bu özünəməxsusluq həm də çoxmədəniyyətliliklə bağlıdır.

Baxış sayı: 224