XƏBƏRLƏR
MƏLUMAT
Kitabxana videoçarx hazırlayıb
ÜMÜMİ XƏBƏRLƏR
13/08/2024 11:12

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının 45 illik yubileyi ilə əlaqədar “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi çərçivəsində hazırlanan silsilə videoçarxlar izləyicilərə təqdim edilib.

Kitabxana əməkdaşlarının hazırladığı bu dəfəki videoçarxda Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının Fəxri oxucuları olan yazıçı və şairlər: Etibar Muradxanlı, Gülnur Aslan, Bolat Ünsal, Xatirə Fərəcli, Esmira Günəş, Esmira Fuad, Mircəfər Seyidov haqqında məlumatlar verilib, müəlliflərin kitabxanaya hədiyyə etdikləri kitablar izləyicilərə təqdim olunub.

Tanınmış bəstəkar Eldar Mansurovun musiqisi ilə müşayiət olunan videoçarxı kitabxananın YouTube kanalında izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=cHeTK5hfNwc

Baxış sayı: 126