XƏBƏRLƏR
MƏLUMAT
Kitabxana Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar maarifləndirici söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
28/11/2024 15:46

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar maarifləndirici söhbət keçirib.

Kitabxana əməkdaşı Ümumdünya QİÇS-lə Mübarizə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verib. QİÇS xəstəliyinin beynəlxalq aləm üçün böyük bəla olduğunu, cəmiyyətin sağlam inkişafına təhlükə yaratdığını bildirib. Bu xəstəliyə yoluxmamaq üçün gənc nəslə zərərli vərdişlərdən uzaq olmalarını tövsiyə edib.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Baxış sayı: 268