XƏBƏRLƏR
MƏLUMAT
“Kitabxana işinin müasir istiqamətləri” adlı seminar keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/04/2025 10:51

Aprelin 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Gəncə-Daşkəsən Regional İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhəri Məhsəti Gəncəvi Mərkəzində “Kitabxana işinin müasir istiqamətləri” adlı seminar keçirilib.

Seminarın əsas məqsədi cəmiyyətin informasiyalaşdırılması, eləcə də müasir texnologiyaların kitabxana sahəsinə tətbiqi şəraitində qabaqcıl təcrübənin öyrənilməsi, fikir mübadiləsinin aparılmasıdır.

Seminarda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan kitabxanalarda çalışan ixtisaslı mütəxəssislər tərəfindən kitabxana işininin müasir dövrün tələblərinə uyğun qurulması məqsədilə məruzələr dinlənilib.

 

Baxış sayı: 62