XƏBƏRLƏR
MƏLUMAT
Kitabxana “Azərbaycanda çoxdilliliyin qorunması” adlı videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
11/07/2024 15:16

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Azərbaycanda çoxdilliliyin qorunması” adlı videoçarx hazırlanıb.

Videoçarxda Azərbaycanda yaşayan xalqlar haqqında məlumat verilir və qeyd olunur ki, uzaq keçmişdə olduğu kimi, bugün də Azərbaycanda onlarla xalqın və millətin nümayəndələri yaşayır. Azərbaycan Respublikası rəngarəng etnik tərkibə malikdir.

Azərbaycanda yaşayan xalqlardan ləzgilər, ruslar, talışlar, avarlar, tatarlar, ukraynalılar, saxurlar, gürcülər, yəhudilər, udinlər və s. haqqında məlumat əks olunub.

Videoçarx kitabxananın YouTube kanalında təqdim olunub:

https://www.youtube.com/watch?v=4SOjRsfmDMg

Baxış sayı: 250