XƏBƏRLƏR
MƏLUMAT
Kitabxana 28 May-Müstəqillik Günü ilə əlaqədar tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2025 15:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 28 May-Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Odlar Yurdu Universitetinin tələbələri və kitabxananın fəal oxucuları iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə xalqımızın tarixi yaddaşında azadlıq və milli dövlətçilik uğrunda mübarizənin simvolu olan 28 May-Müstəqillik Günü haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti təkcə xalqımızın deyil, bütövlükdə Şərq və müsəlman dünyasının ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası kimi tarixə düşmüşdür. Bu tarixi hadisə milli şüurun oyanışının, dövlətçilik iradəsinin və xalqın öz müqəddəratını müəyyən etmək qətiyyətinin bariz nümunəsi idi.

Tədbir zamanı əlamətdar günlə bağlı videoçarx nümayiş olunub.

 

Baxış sayı: 41