XƏBƏRLƏR
MƏLUMAT
Kitablar arasında yaşanan ömür
ÜMÜMİ XƏBƏRLƏR
21/08/2024 14:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasının Kitabxana-biblioqrafiya prosseslərinin avtomatlaşdırması şöbəsinin müdiri Cəmilə Səmədova haqqında Azərbaycan qəzetində məqalə dərc olunub.

Peşələrin pisi yoxdur, hamısı yaxşıdır. Amma baxır ki, sən onların içindən hansına ürək qızdırırsan, hansına könül verirsən, gözün hansını tutur. Beləcə, ilk gündən sevib-seçdiyin peşəyə ürəkdən bağlanırsan. Ondan sonra ömrünün axırına qədər həmin peşə ilə dost olursan, yol yoldaşlığı edirsən. Ürəkdən seçilən və sevilən peşələr ömrüboyu insana könül xoşluğu verir, ondan zövq ala-ala yaşayırsan. Zamanında seçimini düzgün etdiyinə görə könül rahatlığı tapırsan. Uzun illər işlədiyin peşənin üstünlüyünü təbliğ edirsən, tərifini göylərə qaldırırsan, onu sabahın gənclərinə də sevdirməyə çalışırsan.

Ətraflı aşağıdakı keçiddə daxil olub baxa bilərsiniz

https://www.azerbaijan-news.az/az/posts/detail/kitablar-arasinda-yasanan-omur-1724191418

 

 

Baxış sayı: 165