XƏBƏRLƏR
MƏLUMAT
"Kitabın məzmununu müəllif, yaşını oxucu müəyyənləşdirir" adlı təlim keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2025 17:13

Mayın 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Mərkəzi Kitabxanası, Müəllimlərin Tərəqqi  Platforması və Yurd Tədris Mərkəzi birlikdə “Kitabın məzmununu müəllif, yaşını oxucu müəyyənləşdirir” adlı təlim keçiriblər.

Təlimdə kiçikyaşlı, məktəbli oxucuların kitaba, mütaliəyə marağının artırılması, onların oxuma vərdişlərinin, anlama-qavrama qabiliyyətinin, dünyagörüşünün inkişaf  etdirilməsi, müasir təhsil qaydaları mövzularında çıxışlar olunub, problemlərin həlli  istiqamətində fikirlər səsləndirilib.

Sonda Müəllimlərin Tərəqqi Platforması tərəfindən məruzəçilərə təşəkkürnamələr təqdim edilib.

Baxış sayı: 68