XƏBƏRLƏR
MƏLUMAT
"Kitabı sevək və sevdirək" adlı mütaliə saatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/07/2025 16:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 4 №li kitabxana filialı ilə birgə oxucuların  asudə vaxtlarının səmərəli təşkili məqsədilə növbəti "Kitabı sevək və sevdirək" adlı mütaliə saatı keçiriblər.

Kitabxana əməkdaşları oxuculara mütaliənin insan həyatındakı rolundan bəhs ediblər. Bildiriblər ki, mütaliənin faydası xüsusilə hər gün oxuyanlar üçün çox böyükdür. Oxumaq təxəyyülü genişlətməyə, yaradıcılığımızı inkişaf etdirməyə kömək edir. Övladlarımızın sağlam ruhda, hərtərəfli şəxsiyyət kimi formalaşmasında mütaliə vacibdir.

Baxış sayı: 35