Fazil İdris oğlu Salayev 1931-ci ildə Bakıda dünyaya gəlib. Əslən Cənubi Azərbaycandandır. Fazil evin vur-tut bircə uşağı olub.
Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil, sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Rəsssamlıq məktəbinin sonuncu kursunda aktyorun atası İdris Salayev oğlunu həmyerlisinin qızı Fəridə xanımla nişanlayır. Nişan gününədək xanımın üzünü görməyən Fazil evlənənədək cəmi bir dəfə onunla qarşılaşır. Valideynlərinin dəvəti ilə qız tərəfi teatra gələndə Fəridəni ilk dəfə orda görən Fazil Salayev gələcək qaynatasının xasiyyəti tünd olduğundan onunla danışa bilməyib.
Fazil Salayev bir müddət orta məktəbdə müəllim işləyib. Eyni zamanda "Azərbaycan" nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərib. Həmçinin Teatr İnstitutunu bitirib. Akademik Milli Dram Teatrına işə qəbul olunub. Sonra Musiqili Komediya Teatrında işləyib.
27 yaşlı Fazil ilk dəfə 1957-ci ildə “Ögey ana” filmində kiçik epizodda, kənd sakini rolunda görünür. Azərbaycan Televiziyasının Qızıl fonduna daxil olan “Səhər görüşləri”, “Komediyalar aləminə səyahət” kimi verilişlərdə ifaları ilə tamaşaçı sevgisi qazanır.
Lakin kinoya məhəbbəti hər zaman üstün gəlir. “Ulduz” filmində fotomüxbir, “Alma almaya bənzər” filmində Mehdi, “Dərviş Parisi partladır”da Qulaməli, “Sən niyə susursan”da qatil, “Şərikli çörək”də qırçı Məhəmməd, “Vulkana doğru gedirəm”də Əliağa kimi obrazları Salayev yaradıcılığının parlaq səhifələridir.
Rejissor Həsən Seyidbəyli onu "Möcüzələr adası" filmində epizodik rola dəvət edib. "Ulduz", "Alma almaya bənzər", “Bizim Cəbiş müəllim”, "Bir cənub şəhərində" və digər filmlərdə, həmçinin “Mozalan” satirik kino jurnalında müxtəlif tipajlar yaratmağa nail olub. Şamil Mahmudbəyovun çəkdiyi "Şərikli çörək" filmindəki Qırçı Məhəmməd obrazı isə onun istedadının, obrazla işləmək xüsusiyyətlərinin yeni tərəflərini üzə çıxarıb.
Xalq artisti, kinorejissor, professor Oqtay Mirqasımov Fazil Salayev haqqında deyib:
“Mənim fikrimcə, Fazil Salayev Azərbaycan incəsənət tarixində böyük şəxsiyyət kimi qalıb. Kimsə deyə bilər ki, “böyük şəxsiyyət” epiteti Fazilə yaraşmır, o daha kiçik miqyasda fəaliyyət göstərib. Amma rejissor kimi bu mənim subyektiv fikrimdir. Fazili çox yaxşı xatırlayıram. Biz dost idik. Bizim aramızda qarşılıqlı anlaşma, hörmət və uyğunluq var idi. Fazil çox şux, zarafatcıl insan idi. Ona qarşı həmişə böyük hörmət olub. Oynadığı rollar ulduz səviyyəlidir. Amma ulduz xəstəliyi yox idi onda. O, çox sadə, təvazökar və özünə tənqidi münasibət bəsləyən insan idi. Hamıya da hörmətlə yanaşardı. Erudisiyası, baxdığı filmlər ona imkan verirdi ki, öz təcrübəsində yaxşı, yüksək səviyyədə ornəkləri nəzərdə saxlasın. Və bu təcrübə üzərində öz yaradıcılığını qursun. Təlxəklik Fazilə xas deyil. O, çox ziddiyyətli xarakterlər yaradardı. Götürün onun “Mozalan”da yaratdığı tipləri. Və yaxud “Şərikli çörək” filmindən qırçı Məhəmmədi yada salaq. Mən istərdim ki, müasir komik aktyorlar bir az düşünsünlər. Baxsınlar Fazilə öyrənsinlər. Fəzil həm də özü bir dərdli insan idi. Onun həyatı heç də hamar, problemsiz deyildi. Buna baxmayaraq həmişə Fazilin üzü gülərdi. Amma təbəssümü bir az kədərli olardı… Tamaşaçı Fazilə inanır, Fazildə özünü də görürdü. Biz Fazili unutmamalıyıq. Fazil bir məktəbdir.”
İstedadlı aktyor 1976-ci il iyunun 20-də 44 yaşında dünyasını dəyişib.
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib
- 14:32 Mədəniyyət Nazirliyi incəsənət məktəblərinə 36 müəllim işə qəbul edib
- 14:29 “Xocalıya” əsəri Əlixan Səmədovun ifasında rəqəmsal platformalarda yayımlanıb
- 10:00 "Qış nağılı" adlı yeni il şənliyi keçirilib
- 09:28 Xalq artisti Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
- 11:27 Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:47 Yasamal rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
- 09:38 Milli Kitabxanada Knyaz Aslanın 65 illiyinə həsr olunmuş sərgi ziyarət edilib
- 09:27 “Şirinlər və Şaxta Baba” adlı uşaq tamaşası nümayiş olunub
- 17:31 “Qu gölü" baleti fransız və Belarus solistləri tərəfindən ifa olunub
- 11:55 Respublika Uşaq Kitabxanasının 60 illiyi qeyd olunub