XƏBƏRLƏR
MƏLUMAT
Kamera və Orqan Musiqisi zalında növbəti konsert ustadlara ithaf olunub
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2024 14:23

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Ustadlara ithaf” adlı duet-konsert keçirilib.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, musiqili gecədə solistlər Beynəlxalq müsabiqələr laureatları Anastasiya Vedyakova və Kazuki Nişimon musiqi nömrələri ilə çıxış edib.

Proqramda J.S.Bach, İ.Xandoşkin, M.Qlinka, F.Chopin, P.Sarasate, N.Rimski-Korsakov, R.Qlier, S.Prokofyev, H.Kunihiko, Q.Qarayev, S.Slonimski, İ.Frolov, F.Qarayev və A.Vedyakovanın müxtəlif əsərləri səslənib.

Baxış sayı: 170