XƏBƏRLƏR
MƏLUMAT
K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbində hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/06/2025 11:24

İyunun 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbində hesabat konserti keçirilib.

Konsertdə məktəbin şagirdləri Fikrət Əmirovun “Baharımsan”, C.Cahangirovun “Füzuli kantatası”, F.Şubertin “Musiqili an”, E.Qriqin “Şairin ürəyi” və digər bəstəkarların əsərlərini səsləndiriblər.

Həmçinin konsertdə məktəbin violin ansamblı, kamera orkestri, xor kollektivi çıxış ediblər.

Baxış sayı: 150