XƏBƏRLƏR
MƏLUMAT
İtaliyada ilk dəfə “Məhəbbət əfsanəsi” baleti nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
09/07/2024 09:32

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə iyulun 6-da  İtaliyanın Genuya şəhərində keçirilən “Nervi Rozza Music Ballet Festival”ında iştirak edən  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletini açıq səma altında, möhtəşəm səhnədə nümayiş olunub.

Azərbaycan mədəniyyətində, Azərbaycan klassik balet tarixində böyük mədəni hadisəni seyr edənlər arasında Genuya Opera Teatrının baş direktoru Kladuio Orazi, bədii rəhbəri Pierancelo Konte, Genuya şəhərinin meri Karlo Bucci, regionun mədəniyyət kuratoru Cesika Nikkolini və digər mötəbər qonaqlar yer alıblar.

 Qeyd edək ki, Azərbaycan Dövlət Akademik opera və Balet truppasının İtaliyada növbəti çıxışı avqust ayında Arena de Veronanın səhnəsində baş tutacaqdır.

Baxış sayı: 332