XƏBƏRLƏR
MƏLUMAT
“İstiqlal carçısının parlaq siması” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/01/2024 17:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialı və Telman Abbasov adına 225 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə anadan olmasının 140 illiyi ilə əlaqədar “İstiqlal carçısının parlaq siması” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşayıb və mübarizə aparıb.

Bədii hissə ilə davam edən tədbirdə şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Baxış sayı: 322