XƏBƏRLƏR
MƏLUMAT
“İstedad sərhədsizdir” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2025 11:39

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzinin, Yasamal rayon İcra  Hakimiyyətinin və Əlilliyi olan şəxslərə Sosial Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “İstedad əngəl tanımır” layihəsi çərçivəsində “İstedad sərhədsizdir” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, sağlamlıq imkanları məhdud olan uşaqlar və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət  Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər uşaqların ölkəmizdə  yüksək qayğı  ilə əhatə olunduğunu qeyd ediblər. Əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıblar.Son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün ölkəmizdə həyata keçirilən mühüm sosial layihələrdən söz açıblar.

Tədbirdə ölkəmizdə qonaq olan Türkiyə vətəndaşı, professor Cavad Ayvalı çıxış edərək bütün uşaqlara sağlam, uğurlu, xoşbəxt həyat arzulayıb.

Bədii hissədə uşaqların əl işlərindən ibarət  rəsm sərgisi nümayiş olunub, sağlamlıq imkanları məhdud olan uşaqların ifasında musiqi və rəqs nömrələri, şeir kompozisiyaları  təqdim olunub.

Baxış sayı: 60