İstanbulun ən qədim tarixi abidələrindən biri də yaşı 900 ildən çox olan Qız qalasıdır.
Əsrlər boyu fərqli məqsədlər üçün istifadə edilmiş qala haqqında bir çox rəvayətlər dolaşır. Tarixçilər qalanın yerləşdiyi ərazi haqqında ilk məlumatın eramızdan əvvəl 400-cü ildə qeydə alındığını bildirirlər.
Tarixi mənbələrə əsasən, o zaman dəniz ticarətində istifadə edilməsi məqsədilə Afinalı komandir Alkibiades tərəfindən burada kiçik bir abidə inşa edilir. Əsrlər sonra, təxminən 1110-cu ildə isə bu adada Roma İmperatoru Manuel Komnenos tərəfindən ilk qala ucaldılır. Tarixçilərin fikrincə, İmperator Manuelin bu qalanı inşa etməkdə iki məqsədi var idi: Boğazı idarə etmək və ticarət gəmilərindən vergi almaq. Bunu dəstəkləmək üçün də qala ilə Avropa sahilləri arasında qalın bir zəncir çəkilir və zəncirin batmaması üçün onlarla dirək istifadə edilir. Lakin bu abidə zəncirin ağırlığına tab gətirməyib dağılır.
İstanbulun fəthindən sonra isə Fateh Sultan Məhmətin əmri ilə bu ərazidə yeni qala inşa edilir və bura toplar yerləşdirilir. Lakin, qala 1509-cu ildə İstanbulda baş vermiş, “Kiçik qiyamət” adlandırılan zəlzələdən sonra ciddi zərər görür və o dövrün tanınmış memarı olan Hayrettin tərəfindən bərpa edilir. Bundan təxminən 200 il sonra qala mayak olaraq istifadə edilir. Sonralar qala yanır və bu dəfə yenidən daşla tikilir.
Osmanlılarda olduğu kimi, romalıların dövründə də qala zaman-zaman sürgün üçün istifadə olunurdu. Lakin tarixdə buranın müxtəlif dini və diplomatik mərasimlərdə top atışı üçün istifadə edildiyi və bəzi sultanların sadəcə istirahət yeri olduğu da qeyd edilir. Eyni zamanda, qala XIX əsrdə İstanbulda yayılmış vəba epidemiyası zamanı xəstələrin təcrid edildiyi yer kimi istifadə olunub.
Yunanlar, romalılar və osmanlıların bu tarixi abidə haqqında müxtəlif rəvayətləri mövcuddur. Misal üçün, yunanlar buranı “Damalis”, romalılar isə “Leandros” qalası adlandırırdılar.
Osmanlılar tərəfindən danışılan rəvayətlərdə isə bura Qız qalası olaraq adlandırılıb.
Türkiyə Cümhuriyyəti qurulduqdan sonra qala təkrar mayak olaraq fəaliyyətə başlayıb. 1940-cı illərdə qalanın torpağı möhkəmləndirilib və 80-ci ilin əvvəllərindən buradan hərbi radar stansiyası kimi istifadə edilməyə başlanılıb. Hazırda isə Qız qalası restoran kimi fəaliyyət göstərir. Xüsusi qayıqlarla gedilən bu üçmərtəbəli tikilinin hər mərtəbəsində müxtəlif dövrləri özündə əks etdirən şəkillər və rəvayətlərə rast gəlmək mümkündür. Qalanın ən üst qatında yerləşən eyvandan hər iki qitəyə gözəl mənzərə açılır.
AZƏRTAC







- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib