İçərişəhərdə yerləşən Müasir İncəsənət Mərkəzində BUTALI brendinin “İpək incəsənəti” layihəsinin təqdimatı və eyniadlı sərginin açılışı olub. Layihə çərçivəsində müasir Azərbaycan rəssamlarının təsviri sənət əsərləri ipək yaylıqlara-kəlağayıya köçürülüb.
AZƏRTAC xəbər verir ki, tanınmış Azərbaycan rəssamları, yaylıqlar üzərinə köçürülən rəsmlərin müəllifləri təqdimat mərasimində iştirak ediblər. Tədbirin qonaqları arasında isə şəhərin yaradıcı ziyalıları, mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər və mətbuat nümayəndələri olublar.
Jurnalist Tatyana İvanayevanın kurator qismində çıxış etdiyi “İpək incəsənəti” layihəsi XXI əsr Azərbaycan rəssamlarına həsr olunub. Onun əsasında bu gün əsərləri ilə Azərbaycanın mədəni irsinin unikallığını ortaya çıxaran və inkişaf etdirməyə davam edən müasir rəssamların təsviri sənət yaradıcılığının təbliği məqsədi dayanır.
Layihə səkkiz rəssamı birləşdirib. Onların arasında Azərbaycanın Əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü İrina Eldarova, Əməkdar rəssam Vüqar Əli, Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESCO-nun İxtisaslaşdırılmış müəssisəsinin üzvü Milena Nəbiyeva, Rəssamlar İttifaqının üzvləri Cəmilə Həşimova, İntiqam Ağayev (Asiman), Emin Qəhrəmanov, Yusif Mirzə və Rəssamlar İttifaqının gənclər bölməsinin üzvü Səyalı Məmmədova-Qarayeva var.
Layihənin kuratoru Tatyana İvanayeva AZƏRTAC-a bu ideyanın necə yaranması və hansı işlərin görüldüyü barədə məlumat verib.
“İdeya uzun müddətdir ki, havada qalmışdı. Bu, yeni deyil-qlobal brendlərin belə layihələri var. Biz düşündük ki, bu qədər istedadlı, parlaq, qeyri-adi, bənzərsiz sənətkarlarımızın olduğunu nəzərə alaraq, niyə bunu ölkəmizdə həyata keçirməyək? Hər şeydən əvvəl biz özlüyündə bir sənət əsəri olan ipəyə keçən Azərbaycan mədəniyyətini göstərmək istədik”, - deyə T.İvanayeva əlavə edib.
Layihəyə ümumilikdə qırx üç rəsm cəlb olunub. Üslub və icra tərzinə, rəng palitrasına və mövzusuna görə çoxşaxəli olan bu tablolar Azərbaycan təsviri sənətinin rəngarəngliyini, onun çoxçalarlılığını və Azərbaycan təbiətinin füsunkarlıqla dolu qeyri-adi mənzərəsini nümayiş etdirir. Ölçüləri 120-nin 120 santimetrə nisbəti olan, kənarları əl ilə işlənmiş kəlağayılar Braziliya ipəkqurdularının baramalarından hazırlanır və onların hamarlığı insana zövq verir.
“BUTALI brendi artıq bu təcrübəyə malik idi, onlar ipək yaylıqlarda təsviri sənətin təcəssümünə müraciət etdilər. Onların silsilə istehsalından biri Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinə həsr olunub və 2022-ci ilin dekabrında bu nadir rəssamın doğum günündə işıq üzü görüb”,-deyə layihənin kuratoru qeyd edib.
BUTALI 2016-cı ildə əsası qoyulmuş, bu gün Azərbaycan zərgərlik sənətinin ən yaxşı ənənələrinin dirçəldilməsi və qorunub saxlanılmasının gözəl nümunəsinə çevrilmiş, elitar mədəniyyətin bir çox biliciləri arasında populyarlıq qazanmış, eksklüziv məhsullar yaratmış milli Azərbaycan brendidir. Onun fəaliyyəti zərgərlik və aksesuarlarla ayrılmaz şəkildə bağlıdır.
Hər rəsmdən cəmi iyirmi afişa hazırlanıb. Onlar bir daha təkrarlanmayacaq. Amma bu silsilənin davamı digər rəssamlarla və başqa əsərlərlə planlaşdırılır. Bundan əlavə, layihə müəlliflərinin rəsmləri təkcə yaylıqlarda deyil, həm də müxtəlif səthlərdə çap etmək ideyası var.






- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib