XƏBƏRLƏR
MƏLUMAT
“İnsan Hüquqları Aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2025 16:52

Mayın 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə rəsmilər, mədəniyyət və təhsil işçiləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə iştirakçılara insan hüquq və azadlıqları barədə məlumat verilib, Azərbaycanda insan hüquqları barədə qəbul olunmuş qanunlardan, bu sahədə həyata keçirilən tədbirlərdən danışılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Çıxış edənlər bildiriblər ki, “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunan tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayır.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və videoçarxlar nümayiş olunub.

Baxış sayı: 64